iran 1112 900x603 2

İran və İraq Kürdüstanındakı Vətənpərvərlər Birliyi arasında sərhəd təhlükəsizliyi və terrorla mübarizə məsələləri müzakirə olunub.

Globalinfo.az xəbər verir ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi İraq Kürdüstanı Vətənpərvərlər Birliyinin rəhbəri Bafel Taləbani ilə görüş keçirib.

Tərəflər sərhəd təhlükəsizliyinin təmin olunması, terrorçu qruplaşmalara qarşı mübarizənin gücləndirilməsi və iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə fəaliyyətin artırılması barədə razılığa gəliblər.

Rzayi görüş zamanı regiondakı xarici siyasət amillərinə də toxunub. O, Kürdüstan tərəfini İsraillə əməkdaşlıq məsələsində ehtiyatlı olmağa çağırıb və ABŞ-ın regiondakı siyasətinə etimad göstərmədiyini bildirib.

Bafel Taləbani isə İraq Kürdüstanının Tehranla əməkdaşlığı və tərəfdaşlığı daha da genişləndirməyə hazır olduğunu deyib.

Tahir Turan
Globalinfo.az

Paylaş: