Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev gələn ay Azərbaycana səfər edəcək.
Globalinfo.az xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən Qazaxıstan Respublikası Təhlükəsizlik Şurası sədrinin müavini Aida Balayevaya deyib.
Prezident bildirib ki, bu yaxınlarda Bişkekdə Kasım-Jomart Kemeleviçlə görüşdük və gələn ay onu yenidən Azərbaycanda gözləyirik.