kart

Nağdsız ödənişlərin təşviqi fonunda kartdan-karta pul köçürmələri ilə bağlı tətbiq olunan limit və əlavə ödənişlər vətəndaşların narazılığına səbəb olur. Aparıcı Aytən Səfərovanın bu məsələ ilə bağlı iradları məsələni yenidən gündəmə gətirib və sosial şəbəkələrdə müzakirələrə yol açıb.

Bəs mövcud qaydalar yenidən nəzərdən keçirilə bilərmi?

Globalinfo.az-a danışan iqtisadçı Emin Qəribli bu addımın atılmasının səbəblərini belə izah edib:

“Çox vaxt yaşayış obyektlərində, dükanlarda vergidən yayınmaq üçün kartla ödənişi qəbul edirdilər. Bu da vergidən yayınmaya şərait yaradırdı. Məhz bunun qarşısını almaq üçün belə bir addım atıldı. Bilirsiniz, bəzən dünyada tətbiq olunan qayda bizdə effekti vermir. Köçürmələr bəzi ölkələrdə müsbət effekt versə də, bizdə müəyyən problemlər yaranır. Amma yeni mexanizm ortaya çıxdıqdan sonra bu limitin aradan qaldırılması mümkün ola bilər.

Əksər vətəndaşlar üçün limit hər hansı məhdudiyyət yaratmır. Daha iri köçürmələr varsa, bu, çox vaxt biznes olur. Biznes sahəsində də xəzinə hesabları var və ondan istifadə edirlər. Amma gələcəkdə bu limitin ləğv edilməsi istisna deyil”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: