Isg%C9%99nd%C9%99r

“Rusiyanın “İsgəndər-M” operativ-taktiki raket kompleksindən (OTRK) istifadə etdiyi ballistik raketlər Ukraynanın hava hücumundan müdafiə sistemi üçün ciddi problem olaraq qalır”.

Globalinfo.az xəbər verir ki, bunu “RIA Novosti”nin köşə yazarı Andrey Kots deyib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin arsenalına daxil olan NASAMS və IRIS-T zenit-raket kompleksləri “İsgəndər-M” raketlərini ələ keçirə bilmir.

Bundan başqa, Kiyevin istifadəsində qalan sovet istehsalı S-300 sistemləri üçün raket əleyhinə vasitələrin ehtiyatlarının tükəndiyi bildirilir.

Məqalədə qeyd olunur ki, hazırda “İsgəndər” raketlərini vurmaq imkanına malik yeganə sistem ABŞ istehsalı olan “Patriot” kompleksləridir.

Bunun üçün sistemlər PAC-3 və PAC-3 MSE zenit idarəolunan raketləri ilə təchiz edilməlidir.

Müəllifin fikrincə, əsas problem isə Ukrayna ordusunun “Patriot” kompleksləri və onlar üçün nəzərdə tutulan raketlərin sayının məhdud olmasıdır.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: