vens 3 900x600 2

ABŞ-ın İranla qarşıdurması yaxın vaxtlarda yeni mərhələyə keçəcək”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Di Vens deyib.

“Biz gələcəyi proqnozlaşdıra bilmərik. Amma düşünürəm ki, Prezident bir neçə aydan sonra bütün bunların tamamilə fərqli mərhələyə keçəcəyini söyləməkdə haqlıdır”, – o bildirib.

Vensin sözlərinə görə, birinci mərhələ – İranın nüvə proqramının və hərbi qüvvələrinin məhv edilməsi – artıq başa çatıb.

İkinci mərhələ isə İranın əvvəlki imkanlarını yenidən bərpa etməsinə imkan verməmək olacaq.

Qeyd edək ki, ötən həftə ABŞ Prezidenti Donald Tramp ABŞ-İran qarşıdurmasının noyabrda keçiriləcək ABŞ Konqresinə aralıq seçkilərindən dərhal sonra başa çatacağını bildirmişdi. Bununla yanaşı, o, seçkilərdən əvvəl də razılaşmanın əldə olunmasının mümkünlüyünü istisna etməmişdi.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: