kiber hucum

Rusiyanın dəstəklədiyi kibercasusluq qrupu “Zimbra Collaboration” casus proqramı vasitəsilə dövlət strukturlarını, eləcə də önəmli simaları izləməyi bacarırlar.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “Proofpoint” kibertəhlükəsizlik şirkəti yayıb. Məlumata görə, Moskvaya tabe olan qrupun xüsusilə Rusiyanın aktiv olduğu ölkələr, o cümlədən Azərbaycan istiqamətində fəaliyyətlər aparıb və burada dövlət strukturlarının məxfi monitorinqini həyata keçirməyə cəhd edib. Son dönəmlər isə Rusiyaya məxsus kibercasus qrup xüsusilə əsas diqqətini Ukrayna, Polşa, İtaliyaya və Hindistana yönəldib. Bu ölkələrdə dövlət strukturları ilə yanaşı, məmurlar da onların birbaşa hədəfinə düşüb.

Şirkət həmçinin rusiyalı hakerlərin istifadə etdiyi “Zimbra Collaboration” proqramının kompüterlərə düşdükdən sonra bütün məlumatlara maneəsiz giriş təmin etdiyini bildirib. Üstəlik, bu casus proqramının hökumətin şəbəkələrini daimi izləməyə kömək etdiyi vurğulanıb.

İlkin Həsənov
Globalinfo.az

Paylaş: