WhatsApp Image 2023 02 02 at 22.18.32

“Sizin (Prezident İlham Əliyevin – red.) gördüyünüz işlər, atdığınız addımlar məni dünənə də aparır, bu günə də gətirir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Şeyxülislam Allahşükür Paşazadə Prezident İlham Əliyevin keçirdiyi qəbulda deyib.

“Mənim dünənim, – Allah rəhmət eləsin, – Ulu Öndər Heydər Əliyev cənabları ilədir, onunla bərabər addımlayırdıq, görürdük, o, bizə gələcəyi göstərirdi. Hələ o dövrdə o, Azərbaycana ikinci dəfə rəhbər gələndən sonra bizi, din xadimlərini digər din nümayəndələri ilə birlikdə yığdı, bizə multikulturalizm yolunu öyrətdi, doğru yolu öyrətdi, dinlərlə birlikdə olmaq, qardaş olmaq, dost olmaq yolunu öyrətdi. Amma bir şeyi də deyim ki, o mənə deyərdi, şeyx, mən səni göndərmişəm oxumağa. Sən mənim tələbəm olmusan o dövrdə. Onu da mən demək istərdim ki, hələ 1968-ci ildə mənim mədrəsəyə gedib oxumağım Heydər Əliyev cənablarının istəyi ilə olubmuş. Mən onu bilmirdim, sonrakı dövrlərdə mənə dedi”, – A.Paşazadə bildirib.

Paylaş: