derslik 17

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda Bilik Günü qeyd olunur. 

Globalinfo.az bildirir ki, “Unikal”ın məlumatına görə, yeni tədris ilində 3-cü sinif riyaziyyat dərsliyində texniki problem müşahidə edilib.  Belə ki, dərslik 8-ci səhifədən birbaşa 25-ci səhifəyə keçib. Bununla da ortada olan beş mövzu yoxa çıxıb.  Dərslik Təhsil İnstitutu tərəfindən nəşr olunub, “Tuna” QSC isə istehsal edib.  Qeyd edək ki, Keşlədə fəaliyyət göstərən “Tuna” nəşriyyatının redaktoru Türkiyə vətəndaşı Ayhan Kürşat Erbaşdır.

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Təhsil İnstitutu ilə əlaqə saxladıq.

Təhsil İnstitutundan verilən məlumata görə, 3-cü sinif riyaziyyat dərsliyi bir neçə il əvvəl hazırlanıb, 2026-cı ildə yenidən çap olunub.

“Mövcud problem çap problemidir. Çox az sayda belə nüsxə ola bilər. Şagirdlərə belə bir kitab verilibsə, kitabxanaya qaytarıb başqa kitab tələb edə bilərlər. Bu texniki problem barədə mətbəəyə məlumat veriləcək”, – deyə məlumatda qeyd olunub.

3-cü sinif dərsliyində 17 səhifə “yoxa çıxdı” - Təhsil İnstitutundan açıqlama (FOTO) 3-cü sinif dərsliyində 17 səhifə “yoxa çıxdı” - Təhsil İnstitutundan açıqlama (FOTO)

Paylaş: