bir 1

Birinci sinifdə ilk günlərini keçirən Yusif və Murad yerlərində sakit dayana bilmirlər. Sinif otağında gəzişən dostların hərəkətliliyindən hiss olunur ki, müəllimlərinin işi bir qədər çətin olacaq.

Globalinfo.az bildirir ki, Modern.az-ın əməkdaşı futbol, Lamin Yamal və Kriştiano Ronaldo haqqında həvəslə danışan uşaqlara yaxınlaşıb. Sevimli futbolçularının hərəkətlərini göstərməyə çalışan dostlarla söhbət etmək nəhayət mümkün olub.

Onlar böyüyəndə futbolçu olmaq istədiyini deyib:

“Böyüyəndə Yamal olacağam. Messini sevmirəm. Özümü bomba kimi hiss edirəm. Kitablarıma baxmışam, amma dəftərlərə baxmağa vaxtımız olmayıb”.

Balaca məktəbli yaxşı futbolçu olmağın yolunun dərslərdən keçdiyini də unutmayıb:

“Futbolçu olmaq üçün yaxşı oxumaq lazımdır”.

Paylaş: