Sahil Babayev 1412

Rəşad Həsənov maliyyə nazirinin müşaviri vəzifəsinə təyin olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə Rəşad Həsənov özü məlumat verib.

    O bildirib ki, Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankındakı fəaliyyətini başa vuraraq Azərbaycana qayıdıb.

    “Dövlət qulluğunda peşəkar fəaliyyətimi Azərbaycan Respublikasının Maliyyə Nazirliyində nazirin müşaviri kimi davam etdirərək dövlət maliyyəsinin idarə olunması sahəsində ölkədə aparılan genişmiqyaslı islahatlara töhfə verməyə davam edəcəyəm”, – R.Həsənov qeyd edib.

    Rəşad Həsənov 2025-ci ilin avqustundan 2026-cı ilin iyulunadək BVF və Dünya Bankı Qrupunun İcraçı Direktorlar şuralarında Azərbaycanın nümayəndəsi olub.

    O, eyni zamanda 2023-cü ilin sentyabrından 2026-cı ilin iyulunadək Beynəlxalq Valyuta Fondunda İcraçı Direktorun müşaviri vəzifəsində çalışıb.

    R.Həsənov 2019–2023-cü illərdə isə Azərbaycan Maliyyə Nazirliyində direktor müavini vəzifəsində fəaliyyət göstərib.

    1789374390 6aa7ae719f2046aa7ae719f20517893740656aa7ae719f2026aa7ae719f203

    Paylaş: