g%C9%99mi

ABŞ hərbçiləri İranın dəniz blokadası başlayandan bəri 100 ticarət gəmisinin marşrutunu dəyişdirib.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.

ABŞ blokadanı bərpa etdikdən sonra son 60 gün ərzində CENTCOM qüvvələri 100 kommersiya gəmisini başqa istiqamətə yönləndirib”, –  deyə məlumatda bildirilib.

Mərkəzi Komandanlıq  qeyd edib ki, ABŞ hərbçilərinin icazəsi olmadan heç bir gəmi blokadadan keçə bilməyib. ABŞ hərbçiləri bu missiyanın icrasına tam diqqət yetirməkdə davam edirlər.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: