Bakının yeni təhsil məkanlarından biri olan “Starlight Academy” fəaliyyətə başlayıb.
Globalinfo.az xəbər verir ki, akademiya uşaqların akademik bilikləri ilə yanaşı, onların yaradıcı, məntiqi və sosial bacarıqlarının inkişafını bir mərkəzdə birləşdirən fərqli təhsil konsepti təqdim edir.
4-14 yaş arası uşaqlar üçün nəzərdə tutulan proqramlara Cambridge English, riyaziyyat, Robotics, xarici dillər, rəsm və şahmat daxildir. Akademiyada uşaqların fərdi inkişafına və emosional rifahına dəstək olmaq üçün psixoloq xidməti də fəaliyyət göstərəcək.
“Starlight Academy”də əsas diqqət yalnız dərs nəticələrinə deyil, uşağın öz potensialını kəşf etməsinə, sərbəst düşünməsinə və gələcəyin bacarıqlarını formalaşdırmasına yönəldilir.
Müasir yanaşma, müxtəlif inkişaf istiqamətləri və xüsusi atmosferi ilə “Starlight Academy” Bakıda uşaqlar üçün təhsilə yeni baxış formalaşdırmağı hədəfləyir.