“1991-2025-ci illər aralığında Azərbaycanda yağıntının miqdarı 7% və ya 30 mm azalıb”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Aviasiya Akademiyasının dosenti Camal Hüseynov Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən dəyirmi masada deyib.
O bildirib ki, 1991-ci ildən sonra Azərbaycanda iqlim dəyişikliklərinin ilk təsir mexanizmi olan temperaturun artımı müşahidə olunur:
“Son 15 ildə havanın temperaturu 0.9-1.2 dərəcə artıb. Bu dəyişikliklər yağıntıların azalmasına təsir göstərib. Yağıntıların azalmasını müxtəlif sübutlarımız var. Məsələn, Laçın ərazisində 900-1100 metr intervalında, bura Həkəri çayının sahili idi, burada böyük ərazidə, massivlərdə anidən, qısa zaman ərzində meşə massivləri quruyub. Bu, demək olar ki, bütün dağlıq ərazilərdə müşahidə olunur”.