Xalq artisti Rasim Balayevin Fəxri xiyabandakı qəbirüstü abidəsini Xalq rəssamı Natiq Əliyev hazırlayır.
Globalinfo.az bildirir ki, bunu “Report”a Xalq rəssamı deyib.
O bildirib ki, hazırda abidənin eskizləri üzərində çalışır.
Məlumat üçün bildirək ki, Xalq artisti Rasim Balayev bu ilin martında vəfat edib.
Onu da bildirək ki, Xalq rəssamı Natiq Əliyev Fəxri xiyabanda bir çox abidənin müəllifidir.
O, indiyədək Xalq artisti Habil Əliyevin, Xalq şairi Fikrət Qocanın, Xalq yazıçısı Elçinin və başqa bir sıra mədəni-ictimai xadimlərin qəbirüstü abidəsinin müəllifi olub.