IMG 5265.JPG

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin ölkənin işğaldan azad edilmiş ərazilərinə – Qarabağ və Şərqi Zəngəzura səfərində iştirak edir.

Globalinfo.az bildirir ki, M.Qrono ötən gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar aparıb.

Xatırladaq ki, bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri başlayıb.

Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyət iştirak edir.

Paylaş: