26ccee0c 2d21 4d2e 99ec 7b2aab30c9e5 1

Ağdaş sakini bədbəxt hadisə nəticəsində vəfat edib.

Globalinfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayonun Pirəzə kəndində qeydə alınıb.

Belə ki, 1966-cı il təvəllüdlü Nazim Məmmədovu yaşadığı evin həyətində elektrik cərəyanı vurub.

60 yaşlı kişi aldığı xəsarətlərdən elə hadisə yerində keçinib.

İlkin ehtimala görə, N. Məmmədov çənə su doldurmaq istəyərkən hadisə baş verib.

Əraziyə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

Faktla bağlı Ağdaş rayon Prokurorluğunda araşdırma başlanılıb.

Paylaş: