Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl Prezident Rəcəb Tayyib Ərdoğanı hədəf alan ifadələrinə görə ümumilikdə 800 min lirə mənəvi təzminat ödəməli olacaq.
Globalinfo.az xəbər verir ki, Ankara 44-cü Asliye Məhkəməsi Özəlin müxtəlif tarixlərdəki çıxışları ilə bağlı qərar qəbul edib.
Belə ki, 13 avqust 2025-ci ildə Mərmərə Həbsxanasının qarşısında etdiyi çıxışa görə 200 min lirə, həmin gün İstanbulun Bayrampaşa rayonunda keçirilən “Millət İradəsinə Sahib Çıxır” mitinqində səsləndirdiyi fikirlərə görə 300 min lirə, avqustun 18-də Aydın şəhərində keçirilən mitinqdəki ifadələrinə görə isə 300 min lirə mənəvi təzminat müəyyənləşdirilib.
Qeyd edək ki, qərarla Özgür Özəlin ümumilikdə 800 min lirə təzminat ödəməsi nəzərdə tutulur.