Avropa İttifaqı (Aİ) Ukrayna hakimiyyətindən qadınların hərbi səfərbərliyə cəlb edilməsi ilə bağlı təcili siyasi qərar qəbul etməsini istəyib.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) məlumat yayıb.
Bildirilib ki, Avropa rəsmiləri Ukrayna üçün nümunə kimi İsraili göstərirlər:
“Təl-Əvivin uzunmüddətli hərbi təcrübəsi və qadınların hərbi xidmətə cəlb olunması modeli Kiyevə nümunə kimi təqdim edilir”.
Safura Bənnayeva
Globalinfo.az