Dominikan Respublikasından olan ədəbiyyat müəllimi Joherry Mola Dominguez 2026-cı ilin “Dünya Gözəli” tituluna layiq görülüb.
Globalinfo.az xəbər verir ki, Vyetnamın Nha Trang şəhərində keçirilən final mərhələsində 24 yaşlı Dominguez İspaniyanı təmsil edən Elizabeth Reines və Malayziya təmsilçisi Tanusia Chetty-ni geridə qoyaraq müsabiqənin qalibi olub.
Joherry Mola Dominguez yalnız gözəllik müsabiqəsindəki uğuru ilə deyil, ictimai fəaliyyəti ilə də diqqət çəkir. O, Dominikan Respublikasında aztəminatlı ailələrdən olan uşaqlara ingilis dili dərsləri keçir. Bundan əlavə, ispandilli auditoriyaya yayımlanan Amerikanın “Univision” televiziya kanalında müxbir kimi çalışır.
Maraqlıdır ki, Dominguez müsabiqənin əvvəlində əsas favoritlər sırasında göstərilmirdi. Onun adı “Top Model” yarışmasının Amerika və Karib hövzəsi üzrə regional seçimində qalib gəldikdən sonra geniş şəkildə tanınmağa başlayıb.
Bu uğur ona “Dünya Gözəli 2026” müsabiqəsinin ilk 40 finalçısı arasında yer almaq imkanı verib. Final mərhələsində isə o, rəqiblərini geridə qoyaraq əsas tacın sahibi olub.
Tahir Turan
Globalinfo.az