necef

***15:25

Mərhum jurnalist Nəcəf Nəcəfovun məzarındakı barelyef oğurlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Anews.az saytı məlumat yayıb.

Bildirilib ki, vandalizm aktı İkinci Fəxri xiyabanda (Qurd qapısı) baş verib.

Bürünc barelyef başdaşının üzərinə quraşdırılmış “Azərbaycan gəncləri” və “Azadlıq” qəzetlərinin iki səhifəsini əks etdirir.

Hadisəni törətməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü Ü.Kazımov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Fakta görə cinayət işi başlanılıb. Barelyef satıldığı yerdə aşkar edilərək maddi sübut kimi götürülüb.

Qeyd edək ki, Nəcəf Nəcəfov 80-90-cı illərdə hər iki qəzetin redaktoru, sonradan isə milli azadlıq hərəkatının liderlərindən biri olub. Elçibəy hökumətində o, prezidentin müşaviri postunu tutub. 1999-cu ildə vəfat edib.

2004-cü ildə Prezident İlham Əliyev Azərbaycanın müstəqil jurnalistikasının formalaşmasındakı böyük xidmətlərinə görə Nəcəf Nəcəfovu ölümündən sonra “Şöhrət” ordeni ilə təltif edib.

1788951883 2c034384 a58e 46b9 9358 9dd52e9d7414
1788951879 1dc41b1d 2775 4f91 b61c 53d46a27dcbb
e42c06a4 c8f8 4fb3 b47f 5887cbe14d8a

Paylaş: