“Ukrayna Prezidenti Volodimir Zelenskinin uşaqlığda ən sevimli oyuncağı ətçəkən maşın idi”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Diplomat bu məlumatın Zelenskinin anasının vaxtilə verdiyi müsahibədə səsləndirildiyini iddia edib. Onun sözlərinə görə, Zelenski uşaq bağçasından evə qayıtdıqdan sonra həmin əşya ilə oynamağı sevirmiş:
“Zelenskinin siyasi fəaliyyətinə nəzər salsaq görərik ki, o , Ukraynada “ətçəkən maşın” yaradıb. Zelenski vaxtilə sülh və ölkənin gələcəyi ilə bağlı vədlərinə inanan insanları müharibəyə cəlb edir. İndi həmin insanları qiymə halına salır”.
Safura Bənnayeva
Globalinfo.az