Səudiyyə Ərəbistanına qarşı hər hansı silahlı hücum Türkiyə, Pakistan və Səudiyyənin daxil olduğu “Məkkə sazişi”nin işə düşməsinə səbəb ola bilər.
Globalinfo.az xəbər verir ki, bunu Pakistanın müdafiə naziri Xavaca Asif deyib.
Onun sözlərinə görə, Pakistan müttəfiqlərinə qarşı təcavüz halında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək.
“Müttəfiqlərimizdən hər hansı birinə hücum edilərsə, öhdəliklərimizi yerinə yetirəcəyik. Bu məsələdə heç kimin şübhəsi olmasın”, – X.Asif qeyd edib.
O, husilərə də xəbərdarlıq edərək, Səudiyyə Ərəbistanına qarşı həyata keçiriləcək hücumların üç ölkə arasında imzalanmış müdafiə razılaşmasının tətbiqinə səbəb ola biləcəyini vurğulayıb.
Qeyd edək ki, 2026-cı il avqustun 7-də Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə hər hansı təcavüz aktlarına qarşı kollektiv çəkindirmənin gücləndirilməsinə yönəlmiş “Məkkə sazişi”ni imzalayıblar.
Əliyar Xəlil
Globalinfo.az