Rusiyalı filosof və “Rus dünyası” ideoloqu Aleksandr Duqin Ukraynadakı müharibənin gedişatı ilə bağlı yeni proqnoz səsləndirib.
Globalinfo.az xəbər verir ki, Duqin Kiyevin yaxın aylarda Rusiya qüvvələrinin nəzarətinə keçəcəyini iddia edib.
O, Ukraynanın hazırkı vəziyyətinin Kiyev üçün ciddi təhlükələr yaratdığını bildirib.
“Kiyev ələ keçiriləcək. Ruslar şəhərə girir. Əmin olun! Onlar gec-tez şəhərə girəcək. Çox az qalıb”, – o bildirib.
“Putinin ideoloqu” kimi tanınan Duqin son dövrlərdə Ukraynanın gələcəyi ilə bağlı bir sıra sərt fikirlər səsləndirir. Avqust ayında da o, müharibədən sonra Ukraynanın dövlətçiliyinin ləğvinin tərəfdarı olduğunu açıqlamışdı.
Tahir Turan
Globalinfo.az