“Aston Villa” UEFA Çempionlar Liqasının 2026/27 mövsümündə ilk oyununu qələbə ilə başa vurub.
Globalinfo.az xəbər verir ki, İngiltərə təmsilçisi səfərdə Belçikanın “Brügge” klubunu 3:2 hesabı ilə məğlub edib.
“Aston Villa”nın qollarını Con Makgin (11), Emiliano Buendia (22) və Nikolas Cekson (43), meydan sahiblərindən isə Hüqo Vetlesen (19) və Nikolo Tresoldi (61) vurublar.
Beləliklə, Unai Emerinin komandası turnirin ilk turunda 3 xal qazanıb.
“AEK Afina” da 7 ildən sonra qayıtdığı Çempionlar Liqasında ilk oyununu qələbə ilə başa vurub.
Yunanıstan klubu doğma meydanda “LASK”ı 1:0 hesabı ilə üstələyib. Qələbə qolunu 21-ci dəqiqədə Razvan Marin möhtəşəm cərimə zərbəsi ilə vurub. “AEK Afina” bununla da turnirdə ilk 3 xalını qazanıb.