
Azərbaycanlı reper Nəvai (Nəvai Bəkirov) Moskvada baş verən “Ferrari” qəzasına görə 91.000 rubl təzminat ödəyib.
Globalinfo.az Unikal-a istinadla xəbər verir ki, musiqiçi Moskva Yol Hərəkətinin İdarə Edilməsi Mərkəzinə dağılmış işıqfor üçün 91.200 rubl tam məbləğdə, üstəgəl əlavə 4.000 rubl dövlət rüsumunu ödəyib. Pul təşkilatın sənətçiyə qarşı məhkəmə iddiası qaldırmasından iki ay sonra ödənilib. İndi işin ləğv olunacağı ehtimal edilir.
Xatırladaq ki, Nəvai 5 mayda Zubovski bulvarında nömrə nişanı olmayan qara Ferrari ilə qəzaya düşüb. İdman avtomobili yoldan çıxaraq işıqfora çırpılıb və arxa təkərləri səkiyə çıxıb. Reper iddia edib ki, o, yalnız saatda 60-65 km sürətlə hərəkət edib və avtomobil “pis idman təkərləri” səbəbindən sıradan çıxıb.