“Şəki yaylası”nda baş vermiş faciə ilə bağlı yeni detallar məlum olub.
Globalinfo.az xəbər verir ki, hadisə şahidlərindən birinin sözlərinə görə, kanatla hərəkət zamanı tros qırılıb. Nəticədə vətəndaşlardan biri yerə düşərək həyatını itirib.
Digər şəxsin isə qırılan trosun zərbəsi nəticəsində öldüyü bildirilir.
Həlak olanların Qax rayon sakini, 31 yaşlı Coşqun Məmmədov və 27 yaşlı Ucal Bayramov olduğu qeyd edilir.