voennye SSHA

ABŞ hərbçiləri və kəşfiyyat nümayəndələri İranla müharibə başa çatdıqdan sonra Yaxın Şərqdəki hərbi mövcudluğun azaldılması ehtimalını qeyri-rəsmi şəkildə müzakirə etməyə başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Telekanalın məlumatına görə, Ər-Riyadda CIA-ya məxsus obyekt faktiki olaraq məhv edilib. Həmçinin ABŞ-ın Bəhreyn, Qətər, Səudiyyə Ərəbistanı və Küveytdəki hərbi bazaları da zərbələrə məruz qalıb.

ABŞ Hərbi Dəniz Qüvvələrinin komandanlığı amerikalı hərbçilərin yaxın vaxtlarda Bəhreynə qayıtmayacağını bildirib. Bununla yanaşı, bəzi ABŞ rəsmiləri regionda daimi hərbi kontingentin saxlanılması əvəzinə, xüsusi əməliyyatlar üçün bölmələrin müvəqqəti olaraq bölgəyə göndərilməsi və tapşırıq başa çatdıqdan sonra geri çəkilməsi variantını müzakirə edirlər.

Pentaqon dağıdılmış hərbi infrastrukturun bir hissəsinin bərpa edilməməsi ehtimalını da nəzərdən keçirir. Lakin ABŞ-ın Yaxın Şərqdəki hərbi mövcudluğunun yenidən nəzərdən keçirilməsi ilə bağlı hələlik rəsmi qərar qəbul edilməyib.

Müzakirələr ilkin xarakter daşıyır və əsasən ABŞ prezidentinin mövqeyinin dəyişməsi halında mümkün ssenarilərin qiymətləndirilməsinə yönəlib

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: