IMG 2376

Şəki Yaylası”nda qurğunun trosunun qırılması nəticəsində 2 nəfərin ölməsi faktı araşdırılır.

Globalinfo.az-ın məlumatına görə, faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

***18:47

Şəki rayonundakı “Şəki Yaylası” istirahət mərkəzindən sentyabrın 8-i saat 14:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış qeydə alınıb.

Globalinfo.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2 kişinin həkiməqədər ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, bu gün günorta saatlarında Şəki rayonunun Baş Kəldək kəndi ərazisində yerləşən “Şəki Yaylası” istirahət mərkəzində kanatın trosu qırılıb. Nəticədə 2 nəfər yüksəklikdən düşərək həyatını itirib. Ölənlərdən biri Qax rayon Zərnə kənd sakini, 1996-cı il təvəllüdlü Coşqun Ceyhun oğlu Məmmədovdur. Onun Bakıdan Şəkiyə istirahət məqsədilə gəldiyi bildirilir.

***18:27

“Şəki yaylası”nda əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində iki nəfər həlak olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Oxu.Az-a məlumat daxil olub.

İlkin məlumata görə, hadisə bu gün baş verib.

Hadisənin təfərrüatı və ölən şəxslərin kimliyi barədə hələlik məlumat yoxdur.

Həssas şəxslərin izləməməsi tövsiyə olunur:

IMG 2377 D5LXDuwPYi0AHLnmo9fp4JMC9koCAkngPIRHIHgB 1200

Paylaş: