tbilisi tiflis

Gürcüstandakı soydaşlarımızın təhsil məsələləri daima diqqət mərkəzində saxlanılır.

Globalinfo.az xəbər verir ki, bu barədə APA-nın yerli bürosuna açıqlamasında Azərbaycanın Gürcüstandakı səfirliyində təhsil məsələləri üzrə müşavir Fuad Çıraqov bildirib.

    Onun sözlərinə görə, Gürcüstanda Azərbaycan dilində tədris prosesindəki çətinliklərlə bağlı Azərbaycanın müvafiq qurumları araşdırmalar aparırlar.

    “Aidiyyəti qurumlar soydaşlarımızın təhsil sahəsində üzləşdikləri çatışmazlıqlar barədə kifayət qədər məlumatlıdırlar. Gürcüstanda təhsil məsələləri müşaviri kimi fəaliyyət göstərməyim bu sahədəki vəziyyətlə yaxından tanışlığa və çətinliklərin aradan qaldırılması üçün əlavə imkanlar yaradır”, – müşavir qeyd edib.

    Fuad Çıraqov bildirib ki, ikitərəfli əməkdaşlıq əsasında Gürcüstanda Azərbaycan dilində təhsilin inkişafı ilə bağlı təkliflər hazırlanacaq.

    “Çətinliklər və müəyyən nöqsanlar mütəmadi olaraq qaldırılacaq və onların həllinə nail olmağa çalışacağıq. Dərsliklərin tərcüməsi ilə bağlı nöqsanlar, təhsil sistemindəki fərqliliklərdən yaranan çatışmazlıqlar Gürcüstan tərəfi ilə görüşlərdə vurğulanıb və diqqət mərkəzində saxlanılır. Bu məsələlərin həllinə nail olmaq üçün müvafiq addımlar atılacaq. Belə ki, bu məsələlər gündəmdədir və işçi qaydada müzakirə olunur”, – müşavir əlavə edib.

    Paylaş: