iran israile qarshi ilk defe nesrullah raket sistemini tetbiq etdi 900x600 1

İran Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Şəhram İrani ölkəsinin hərbi imkanlarını müasir təhdidlərə uyğun şəkildə inkişaf etdirdiyini bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “News.am” məlumat yayıb.

Onun sözlərinə görə, İran hərbi texnikasını, xüsusilə hava hücumundan müdafiə sistemlərini mövcud çağırışlara uyğun olaraq davamlı şəkildə modernləşdirir.

“Bu gün biz öz imkanlarımıza arxalanaraq hazırıq və istehsal olunan avadanlıqların sayını, eləcə də onların növünü, tətbiqini və taktikasını daim artırırıq”, – deyə İrani bildirib.

Admiral vurğulayıb ki, İranın silah arsenalının həcminin və müxtəlifliyinin artırılması ölkənin hava hücumundan müdafiə imkanlarını gücləndirir və regionda dəyişən əməliyyat-taktiki şəraitə daha effektiv uyğunlaşmağa şərait yaradır.

İrani həmçinin İranın öz hərbi potensialına güvəndiyini və mümkün təhdidlərə qarşı cavab verməyə hazır olduğunu bildirib.

Tahir Turan
Globalinfo.az

Paylaş: