yanginsondurC999n2

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Bu barədə Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Paylaş: