Hazırda Bakıda hava şəraitində kəskin dəyişiklik müşahidə olunur. Paytaxtın bir sıra ərazilərində güclü külək əsir.
Globalinfo.az xəbər verir ki, küləyin təsiri xüsusilə açıq və hündür ərazilərdə daha çox hiss olunur. Sakinlərə ehtiyatlı olmaları, küləyin güclənə biləcəyi ərazilərdə təhlükəsizlik qaydalarına riayət etmələri tövsiyə olunur.
Güclü külək nəticəsində ağacların, reklam konstruksiyalarının və digər açıq ərazilərdəki əşyaların aşması təhlükəsi yarana bilər.