kreslo 1

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Bəxtiyar İslam oğlu Tağıyev vəzifəsindən azad edilib.

Globalinfo.az “Unikal”a istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

B.Tağıyev nazirin müşaviri vəzifəsinə təyinat alıb.

Ağayev Vüsal Vəzir oğlu isə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi təyin edilib.

Qeyd edək ki, Bəxtiyar Tağıyev bu vəzifəyə 2026-cı ilin aprel ayında təyin edilmişdi.

IMG 2344 IMG 2345

Paylaş: