zelenski yeni

ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Kiyevdə Ukrayna tərəfi ilə yanaşı, Avropa ölkələrinin nümayəndələri ilə də danışıqlar aparacaqlar.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, ABŞ nümayəndələri ilə əvvəlcə Ukrayna tərəfi arasında görüş keçiriləcək. Daha sonra Avropa tərəfdaşlarının iştirakı ilə ikinci danışıqlar sessiyası baş tutacaq.

“Nümayəndə heyətinin ölkəmizə gəlməsi çox önəmlidir. Biz Stivi və Caredi çoxdan gözləyirdik və Prezident Trampa onların səfərinə imkan verdiyi üçün təşəkkür edirik. Bu, icazə və təhlükəsizlik baxımından vacibdir”, – Zelenski deyib.

Qeyd edək ki, Stiven Uitkoff və Cared Kuşner sentyabrın 6-da Kiyevə gəliblər.

Sentyabrın 5-də onlar Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşüblər.

***

Böyük Britaniya, FransaAlmaniya liderlərinin milli təhlükəsizlik üzrə müşavirləri Ukraynanın paytaxtı Kiyevə səfər edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bildirilib ki, səfər ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və onun kürəkəni Cared Kuşnerin Ukrayna rəhbərliyi ilə planlaşdırılan danışıqları ərəfəsində baş tutub.

Avropalı müşavirlərin Kiyevdəki görüşlərinin gündəliyi və danışıqların detalları barədə isə hələlik əlavə məlumat verilməyib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: