Britaniya

Britaniya hökuməti ABŞ-ın İranla davam edən müharibəsinin ölkə iqtisadiyyatına mənfi təsir göstərəcəyindən narahatdır.

Globalinfo.az xəbər verir ki, Britaniyanın maliyyə naziri Con Hili “Financial Times” qəzetinə müsahibəsində bildirib ki, münaqişənin davam etməsi ölkənin payız büdcəsinin hazırlanmasını ciddi şəkildə çətinləşdirəcək.

Onun sözlərinə görə, Yaxın Şərqdə baş verən hadisələr inflyasiyanın səviyyəsinə, iqtisadi artım tempinə və dövlət borclanmasının dəyərinə birbaşa mənfi təsir göstərir.

Hili bu açıqlamanı dövlət borclanmasının kəskin artmasından sonra verib. Bu artım maliyyə mərkəzlərində müharibənin inflyasiyaya təsiri ilə bağlı narahatlıqları gücləndirib.

Nazir bildirib ki, oktyabrın 28-də təqdim olunacaq Britaniyanın yeni büdcəsi mövcud qeyri-müəyyənliklərə qarşı bir növ “qalxan” rolunu oynayacaq.

“Bu, daha təhlükəli dünyanın bir hissəsidir və Britaniyanın qarşılaşmalı olduğu əsas çağırışlardan biridir”, – deyə Hili vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: