5 1

İranın Sənəndəc şəhərində yanacaq tankeri partlayıb, ölənlər var.

Globalinfo.az “Report”a istinadla xəbər verir ki, bu barədə IRIB məlumat yayıb.

Məlumata görə, yanacaq tankerinin partlaması nəticəsində on nəfər həlak olub.

Qeyd olunub ki, tankerin partlamasına səbəb Sənəndəc – Həmədan yolunda yol-nəqliyyat hadisəsinin baş verməsidir.

Xilasetmə, yardım işləri aparılır, hadisə yerinin təmizlənməsi əməliyyatları davam edir.

Paylaş: