Ruanda gələcəkdə Azərbaycanda səfirlik açmağı planlaşdırır.
Globalinfo.az bildirir ki, bunu “Report”un Türkiyə bürosuna müsahibəsində rezidensiyası Ankarada olan Ruandanın Azərbaycandakı səfiri Çarlz Kayonqa deyib.
“Gələcəkdə səfirlik mütləq olacaq, hazırda bunu planlaşdırırıq. Çünki Azərbaycan çox mühüm ölkədir. Azərbaycan Cənubi Qafqazda (Avrasiyada), Ruanda isə Mərkəzi Afrikadadır. Biz Azərbaycanla qardaş ölkələr olmaq istəyirik”, – o deyib.