“İsrail Livanın cənubundakı Əli Tahir yüksəkliklərinə nəzarəti ələ keçirib”.
Globalinfo.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz deyib.
O bildirib ki, bu yüksəkliklərin nəzarətə götürülməsi “bölgədə təhlükəsizlik zonasının formalaşdırılması” prosesinin tamamlanması deməkdir.
İsrail tərəfi burada “Hizbullah”a aid olduğunu iddia etdiyi yeraltı tunel və digər infrastrukturların məhv edildiyini açıqlayıb.
Safura Bənnayeva
Globalinfo.az