tiqran

“Rusiyanın Ermənistandakı hərbi mövcudluğu 102-ci baza ilə məhdudlaşmır: sərhəd qoşunları da bu sistemin tərkib hissəsidir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın keçmiş deputatı Tiqran Abramyan Baş nazir Nikol Paşinyanın ölkədəki Rusiya hərbi bazasının çıxarılması ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.

O qeyd edib ki, rus hərbçiləri ölkədən çıxsa, sərhədlərin müdafiəsini təşkil etmək çətin olacaq.

“Hərbi bazanın ölkədən çıxarılmasının ardınca Rusiya sərhəd qoşunlarının da Ermənistandan getməsi məsələsi gündəmə gələ bilər. Moskva bu məsələdə rəsmi İrəvanın təşəbbüsünü gözləməyə də bilər.

Sadə bir sual yaranır: Rusiya Ermənistandan getdikdən sonra ölkəmizin Türkiyə və İranla sərhədlərini kim qoruyacaq? Hərbi təlimlərə cəlb olunanlar, “Vətənin müdafiəçisi” qrupları, yoxsa qısaldılmış müddətli hərbi xidmət keçənlər?” – T.Abramyan bildirib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: