
Sentyabrın 3-ü səhər saatlarından etibarən Qusar rayonunun Laza kəndi ərazisində dağlıq sahələrdən kəndə doğru yenidən palçıq və lil axını müşahidə olunub.
Globalinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, palçıq axını bu dəfə kəndin yollarına və təsərrüfata ziyan vurmayıb.
Laza kəndində analoji təbiət hadisələri ötən ilin iyun və oktyabr aylarında da müşahidə olunub. Həmin vaxt palçıq axını kəndin yollarına və təsərrüfata ciddi ziyan vurmuşdu.
“Şəlalələr diyarı” adlandırılan Laza kəndi Azərbaycanda xarici turistlərin ən çox səyahət etdikləri turizm məkanlarındandır.