pasinyan 011

Ermənistanda “konyak” sözünün istifadəsi ilə bağlı yeni yanaşma formalaşır. Baş nazir Nikol Paşinyan dövlət səviyyəsində bu ifadənin tədricən dövriyyədən çıxarılması barədə göstəriş verib.

Globalinfo.az xəbər verir ki, Paşinyan xüsusilə fransız içkisinin adı kimi “konyak” ifadəsinin işlədilməsinə yenidən baxılmalı olduğunu deyib.

Məsələ “Cognac” adının coğrafi göstərici olması ilə bağlıdır. Bu ad Fransanın Konyak bölgəsində istehsal olunan məhsullara aiddir. Buna görə də digər ölkələrdə hazırlanan analoji içkilərin Avropa bazarında “Cognac” və ya “konyak” adı ilə təqdim olunmasına məhdudiyyət qoyulur.

Qeyd edək ki, daha əvvəl Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan da bildirib ki, yerli istehsalçılar Avropa İttifaqı bazarında məhsullarını “Konyak” adı ilə markalamayacaq. Bunun əvəzinə “Erməni brendi” adından coğrafi göstərici kimi istifadə olunması planlaşdırılır.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: