messi9

Argentina Futbol Assosiasiyası Lionel Messinin milli komandadakı karyerasına həsr olunmuş xüsusi aksiya keçirməyə hazırlaşır.

Globalinfo.az xəbər verir ki, növbəti tur çərçivəsində ölkədə həm kişilər, həm də qadınlar arasında keçiriləcək daxili yarışların oyunlarında qeyri-adi fasilə tətbiq olunacaq.

Belə ki, qarşılaşmaların 10-cu dəqiqəsində oyun bir dəqiqəlik dayandırılacaq. Bu zaman futbolçular və azarkeşlər Lionel Messini alqışlayaraq onun Argentina futboluna və milli komandaya verdiyi böyük töhfəni qeyd edəcəklər.

Aksiyanın vaxtının da təsadüfi olmadığı bildirilir. Messi Argentina millisində 10 nömrəli formanı geyinib və bu nömrə ilə futbol tarixinin ən məşhur simalarından birinə çevrilib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: