tramp abs irana 20 defe daha guclu zerbe endirecek 1773116210

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranın nüvə infrastrukturuna zərbələr endirməsini zəruri addım kimi qiymətləndirilib.

Globalinfo.az xəbər verir ki, Trampın sözlərinə görə, ABŞ müdaxilə etməsəydi, İran hazırda nüvə silahına sahib ola bilərdi.

“Əgər biz bunu etməsəydik, indi İranın nüvə silahı olardı”, – deyə ABŞ lideri vurğulayıb.

Tramp qeyd edib ki, zərbələr endirilməzdən əvvəl İranın nüvə silahı yaratmasına təxminən iki həftə qalmışdı. Onun sözlərinə görə, Tehranın nüvə silahına sahib olması İsrail, bütövlükdə Yaxın Şərq və hətta ABŞ şəhərləri üçün ciddi təhlükə yaradacaqdı.

ABŞ Prezidenti həmçinin bildirib ki, hazırda Vaşinqton Hörmüz boğazına nəzarət edir və  son hərbi əməliyyatlar zamanı 28 İran gəmisi məhv olunub.

ABŞ-İran qarşıdurması fonunda Hörmüz boğazı regionda əsas gərginlik mənbələrindən biri olaraq qalır.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: