avropa

Ukrayna Avropa Komissiyasına 90 milyard avroluq kredit çərçivəsində, bu məbləğin bir hissəsinin “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin alınmasına yönəldilməsi ilə bağlı müraciət edib.

Globalinfo.az-ın xəbərinə görə, Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen bildirib ki, Aİ Ukraynanın hava hücumundan müdafiəsi, o cümlədən “Patriot” sistemlərinə raketlərin alınması üçün maliyyə ayırmağa  hazırlaşır.

Onun sözlərinə görə, Aİ ölkələri hazırda Ukraynanın müraciətini nəzərdən keçirir. Fon der Leyen həmçinin bildirib ki, Aİ Ukrayna ilə birlikdə “Freya” layihəsi çərçivəsində öz antiballistik raketdən müdafiə sistemlərinin yaradılması üzərində işləyir.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: