Tramp 1 900x506 1

Tramp üçüncü dəfə impiçment təhlükəsi ilə üz-üzədir.

Globalinfo.az xəbər verir ki, bu barədə  “The Hill” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, ABŞ Prezidenti Donald Trampın noyabrda keçiriləcək aralıq seçkilərdən sonra üçüncü dəfə impiçment proseduru ilə üzləşməsi ehtimalı yüksəkdir.

Qəzet hesab edir ki, demokratların Nümayəndələr Palatasında çoxluğu əldə etməsi Trampa qarşı yeni impiçment təşəbbüsünü gündəmə gətirə bilər. Lakin prosesin nəticəsi Senatda hansı partiyanın çoxluğa sahib olacağından asılıdır.

Qeyd edək ki, Tramp ABŞ tarixində iki dəfə impiçment proseduruna məruz qalan ilk prezidentdir. Hər iki proses 2019 və 2021-ci illərdə baş verib və Senatda rədd edilib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: