prokuror 1

Azərbaycanda dələduzluqda təqsirli bilinən şəxs onu ittiham edən prokuroru məhkəməyə verib.

Globalinfo.az bildirir ki, “Qafqazinfo”nun məlumatına görə, xüsusi ittiham qaydasında şikayət olunan Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyovdur.

Xüsusi ittihamçı Vaqif Aliyev şikayətində yazır ki, rayon prokuroru ağır cinayət əməlinin törədilməsi barədə ittiham aktını imzalamaqla ona böhtan atıb. Külli miqdarda dələduzluqdan bəhs edən ittiham sonradan məhkəmənin açıq iclasında elan olunub ki, bu da onun işgüzar nüfuzuna xələl gətirib, şərəf və ləyaqətini alçaldıb. Həmçinin bu cinayətlə ona 150 min manat maddi, 13 milyon manat mənəvi zərər dəyib.

Şikayətçi hesab edir ki, prokuror bu hərəkəti ilə böhtan xarakterli cinayət törədib, bu səbəbdən ona qanunvericiliyə uyğun cəza verilməlidir.

Məhkəmə işlə tanış olduqdan sonra şikayəti həm maddi-hüquqi, həm də prosessual-hüquqi baxımdan əsassız hesab edib.

Hakim qərarını belə əsaslandırıb ki, prokuror ittiham aktını təsdiqləməklə öz vəzifə borcunu yerinə yetirib, aktda yalan məlumatın olmasını təsdiqləyən dəlil yoxdur, həmçinin Vaqif Əliyevin cinayət əməli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə də təsdiqini tapıb. Qeyd olunanlara əsasən şikayət ilk iclasda icraata qəbul edilməkdən rədd edilib.

Paylaş: