WhatsApp Image 2025 01 16 at 10.01.18

***11:34

İran Prezidenti Məsud Pezeşkianın təyyarəsi Qırğızıstandan rəsmi səfərdən qayıdarkən Rəşt şəhərinə təcili eniş edib.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrailin 12-ci kanalı məlumat yayıb.

Məlumata görə, göyərtəsində Pezeşkianın və onu müşayiət edən şəxslərin olduğu “Airbus A321” təyyarəsi Qırğızıstandan qayıdarkən Rəştə məcburi eniş edib.

Həmçinin qeyd edilir ki, sentyabrın 1-də axşam Tehranın şərq hissəsində hava hücumundan müdafiə sistemləri işə salınıb.

Bunun fonunda Pezeşkianın təyyarəsinin marşrutu dəyişdirilib və Rəştə yönəldilib.

İran hakimiyyəti hələlik təyyarənin Rəştdə enməsini dəqiq səbəbini rəsmi olaraq açıqlamayıb. Təyyarənin enişdən sonra uçuşuna davam edib-etmədiyi barədə də məlumat yoxdur.

Paylaş: