329712 4

Sumqayıt şəhərinin Corat bağları ərazisində fərdi yaşayış evində yanğın baş verib.

Globalinfo.az “Report”a istinadla xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb və alovun ətrafdakı evlərə keçməsinin qarşısı alınıb.

İlkin məlumata görə, yanğının ev sahibinin oğlu (şəxsiyyəti dəqiqləşdirilir – red) tərəfindən törədildiyi bildirilir. O, polis əməkdaşları tərəfindən hadisə yerində saxlanılıb.

Hadisənin təfərrüatları və yanğının dəqiq səbəbləri araşdırılır.

aeMnkLH5O21fA508O0EzLwlqJFOPbBC83qNKLR0w 1200 DE1nDaTg61TnWkFMe3Dab65RDfqPkqri2BHZj0si 1200

Paylaş: