rusiya ordusu

Almaniya ilə Rusiya arasında gərginlik daha da artır.

Globalinfo.az xəbər verir ki, Almaniya Xarici İşlər Nazirliyi Rusiyaya qarşı yeni tədbirlər çərçivəsində Berlindəki Rusiya konsulluğunun və Moskvadakı Rus Evinin bağlanması barədə qərar qəbul edildiyini açıqlayıb.

Nazirlikdən bildirilib ki, qərar iki ölkə arasında son dövrlərdə artan gərginlik fonunda qəbul edilib.

Bundan əlavə, Almaniya tərəfi avqustun 4-də Leypsiq hava limanına edilən pilotsuz uçuş aparatı hücumuna görə Rusiyanı məsuliyyət daşımaqda ittiham edib.

Beləliklə, Berlinin Moskvaya qarşı mövqeyini daha da sərtləşdirdiyi və iki ölkə arasında diplomatik münasibətlərdə yeni gərginlik mərhələsinin başladığı görünür.

Tahir Turan
Globalinfo.az

Paylaş: