images

ABŞ hökuməti Yaxın Şərqdə gərginliyin yenidən artması və bölgədəki Amerika obyektlərinə mümkün hücumlarla bağlı vətəndaşlarına xəbərdarlıq edib.

Globalinfo.az xəbər verir ki,mMəlumat ABŞ-nin Qətərdəki səfirliyi tərəfindən yayımlanıb.

Səfirlik ABŞ vətəndaşlarına bölgədə mümkün təhlükəsizlik risklərini nəzərə almağı və səfərlərdə yarana biləcək dəyişikliklərə hazır olmağı tövsiyə edib.

Amerikalılara uçuşların təxirə salınması və ya ləğvi, hava məkanının bağlanması, eləcə də digər nəqliyyat və gündəlik fəaliyyətlərdə mümkün fasilələri nəzərə almaq çağırışı edilib.

Tahir Turan
Globalinfo.az

Paylaş: